Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılıb – CƏDVƏL

280

2019-2020-ci tədris ilində ali məktəblərdə dövlət sifarişli yerlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) SosialMedia.az-a verilən məlumata görə, bu il I-V ixtisas qrupları üzrə ali məktəblərə ayrılan dövlət sifarişli yerlərin sayı 20189-dur.

2018-ci illə müqayisədə dövlət sifarişli yerlərin sayı 7985 və ya 65.43 % artırılıb.

Qrup Dövlət sifarişi
2018 2019 Fərq
sayı %-lə
I 5664 9351 3687 65.10
II 2031 3147 1116 54.95
III 2175 3782 1607 73.89
IV 1505 2398 893 59.34
V 829 1511 682 82.27
CƏMİ 12204 20189 7985 65.43