“Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

211

“Sumqayıt” futbol klubunun Türkiyə toplanışında keçirəcəyi yoxlama oyunlarından birindəki rəqib müəyyənləşib.

SosialMedia.az-ın məlumatına görə, Premyer Liqa klubu Rumıniyanın “Petrolul” klubu ilə qarşılaşacaq.

Bu görüş iyulun 21-də baş tutacaq. Matç təmsilçimizin toplanışda ilk, rəqibinin son sınağı olacaq.

Qeyd edək ki, “Sumqayıt” hazırlığın ölkə daxilində keçirilən ilk mərhələsinə dünən yekun vurub.