“Sumqayıt” mövsümə yeni loqo altında çıxacaq

321

“Sumqayıt” Futbol Klubu 2019/2020 mövsümündə yeni loqo altında çıxış edəcək.

SosialMedia.az-ın klubun saytına istinadən məlumatına görə, yeni emblemin üzərində yerləşən “Göyərçin” Sumqayıt şəhərinin rəmzi və sülhü təmsil edir.

Rəmzin alt hissəsində yerləşən “Sünbül” isə bolluq, bərəkət simvoludur.