Lənkəranda 4 istirahət mərkəzində qayda pozuntusu aşkarlanıb

158

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

SosialMedia.az-ın cənub bürosunun verdiyi məlumata görə, tədbirlər nəticəsində Lənkəran şəhərində dənizkənarı ərazilərdə fəaliyyət göstərən “Həsirli”, “Panorama”, “Meduza”, “Dağlaroğlu” adlı istirahət mərkəzlərində tullantıların ətrafa atılması faktı aşkarlanıb.

Ərazinin zibillənməsi halları ilə bağlı R.Zamanov, N.Məmmədov, F.Məmmədov, R.Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsi protokol tərtib edilib.