QHT İyun ayı üçün göstərilən xidmətlərin hesabatını təqdim etdi

372

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən İyun ayı üçün göstərilən xidmətlərin hesabatı
Bu dövr ərzində göstərilmiş xidmətlər və əldə edilmiş nəaliyyətlər.

İyun ayı ərzində ümumilikdə 59 nəfər hüquqi və psixoloji yardım üçün Mərkəzə müraciət etmişdirlər. Xidmətlərdən yararlanmaq üçün müraciət edən 59 nəfərdən 46 nəfərə hüquqi xidmət, 13 nəfərə psixoloji xidmət göstərilmişdir. Müraciət edən şəxslərdən 5 nəfərin qohumları olan 11 uşağa da xidmətlər göstərilmişdir. Hüquqi və psixoloji xidmət üçün olunan müraciətlərin məzmunu (problemlər):
1. Maliyyə məsələləri – 5 müraciət.
2. Əmlak – Mülkiyyət hüququ – 6 müraciət.
3. Boşanma (Nigahın ləğvi) – 5 müraciət
4. Himayəçilik məsələləri – 5 müraciət.
5. Əmək hüququ – 5 müraciət.
6. Pensiya hüququ – 5 müraciət.
7. Aliment məsələləri – 9 müraciət.
8. Məişət zorakılığı – 4 müraciət.
9. Digər sosial problemlər – 9 müraciət.
10. Cinayət işi üzrə – 2 müraciət.
11. Psixoloji problemlər üzrə – 4 müraciət

Xidmətlərdən yararlanmaq üçün müraciət edənlərin cinsi üzrə sayı:
– 34 nəfər qadın;
– 25 nəfər kişi.
Hüquqi xidmət üçün müraciət edənlərin hər birinə keyfiyyətli şifahi hüquqi məsləhətlər verilmişdir. Müraciət edənlərdən 17 nəfərin işi üzrə ərizə, şikayət və müraciətlərin hazırlanmasında və göndərilməsində köməklik göstərilmişdir. Hüquqi xidmət göstərilən şəxslərdən 13 nəfərin işi məhkəmə instansiyalarında olduğu üçün nəzarətə götürülmüşdür. Bu müraciətlər üzrə məhkəmə proseslərinin gedişatı izlənilmiş, vəsatətlər və ərizələrin hazırlanmasında da köməklik göstərilmişdir.
Müraciət edən şəxslərə davamlı və keyfiyyətli psixoloji xidmətin göstərilməsi təmin edilmişdir. Psixoloji xidmətin davamlığının və keyfiyyətinin təmin edilməsi üçün müraciət edənlərin yaxın qohumlarına da xidmətlərin göstərilməsi həyata keçirilmişdir. Bu məqsədlə müraciət edənlərin övladları olan 7 azyaşlı uşağa da psixoloji xidmət göstərilmişdir.
Ötən hesabat dövründə olduğu kimi bu hesabat dövründə də Mərkəzə müxtəlif regionlardan müraciətlər daxil olmuşdur. Mərkəzə digər regionlardan daxil olan müraciətlərin statistikası aşağıdakı kimidir;
– Bakı şəhəri – 8 müraciət;
– Xızı rayonu – 2 müraciət;
– Xaçmaz şəhəri – 2 müraciət;
– Quba rayonu – 4 müraciət;
– Abşeron rayonu – 5 müraciət;
– Qusar rayonu – 2 müraciət.
– Şabran rayonu – 2 müraciət.

Mərkəzə müraciət edən 59 nəfərdən 31 nəfəri Sumqayıt şəhər sakini, digər 28 nəfəri ilə yuxarıda qeyd edilən regionların sakinləri olmuşdurlar.
Qeyd edək ki, əvvəlki hesabat dövürlərində Mərkəzə müraciət edən 34 nəfər yenidən xidmətlərdən yararlanmaq üçün təkrarən müraciət etmişdir. Təkrar xidmətlər üçün müraciət edən 34 nəfərdən 24 nəfər hüquqi xidmət almaq, 10 nəfər isə psixoloji xidmətdən yararlanmaq üçün müraciət etmişdirlər. Təkrar müracət edən 34 nəfərdən 13 nəfəri kişi, 21 nəfəri isə qadın olmuşdur.

İnsan alveri qurbanları/ehtimal olunan qurbanlar və potensial qurbanlara Mərkəzdə göstərilən birbaşa yardım haqqında

Müraciət edənlərdən 4 nəfər məişət zorakılığının qurbanı aşkar edilmişdir. Bu şəxslərin hər birinə keyfiyyətli və davamlı xidmətlər göstərilmişdir. Məişət zorakılığının qurbanı olmuş şəxslərə psixoloji xidmətin göstərilməsi zamanı hüquqi xidmətdən istifadə barədə də tövsiyyələr verilmişdir. Əvvəlki hesabat dövründə Mərkəzə müraciət etmiş məişət zorakılığı, seksual zorakılığın qurbanaları ilə iş davam etdirilmişdir.

Qeyri- hökümət və ya başqa qurumlar tərəfindən göstərilən xidmətlərə yönlədirilmə. İnsan alveri qurbanlarının uşaqlar daxil olmaqla) peşə təliminə və ya təhsil proqramlara yönləndirilməsi, məşğulluq xidmətinə istiqamətləndirilməsi və işlə təmin edilməsi.

– Hesabat dövrü ərzində ümumilikdə 21 nəfərin işi üzrə müxtəlif dövlət orqanlarına müraciətlər edilmişdir. Bu müraciətlərə veriləcək cavablara əsasən xidmətlərin davam etdirilməsi planlaşdırılmışdır. Əvvəlki hesabat dövründə edilmiş müraciətlərə verilmiş cavablara əsasən xidmətlər davam etdirilmişdir.
– Sumqayıt şəhər İcra Hakmiyyətinin dəstəyi ilə 1 qadın benefesiar ev ilə təmin edilməsi üçün ev növbəsinə alınmışdır.
– 3 benefesiar qadın daimi iş ilə təmin edilmişdir.
– Hesabat dövrü ərizndə 2 qadının iş ilə təmin edilməsi üçün müvafiq orqana müraciət edilmiş və benefesiar qeydiyyata alınmışdır.
– Hesabat dövründə məişət zorakılığının qurbanı olmuş bir qadın üçün 1 azyaşlı övladı ilə birlikdə qısamüddətli mühafizə orderinin verilməsi məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir.

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən göstərilən hüquqi və ya psixososial xidmətlərdən faydalanan benefisiar və ya müştərilərin uğur hekəyaləri.
– Cari hesabat dövründə Sumqayıt şəhər İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Mərkəzin xidmətlərindən yararlanması üçün benefesiarlar yönəldilmişdir. İcra Hakimiyyəti tərəfindən Mərkəzə yönəldilmiş 5 nəfər benefesiar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Mərkəzə yönəldilmiş 5 nəfər benefesiara keyfiyyətli xidmətlər göstərilmişdir.
– Hesabat dövrü ərizndə 2 nəfər azyaşlı benefesiar öz ailəsi ilə birlikdə Mərkəzə yönəldilmişdir.
– Hesabat dövrü ərzində 3 qadın benefesiarın işi üzrə alimentin təyin edilməsinə dair məhkəmə qərarının qəbul edilməsinə nail olunmuşdur. Bu qərarlar ümumilikdə 6 uşağa şamil olunacaqdır.
– Hesabat dövrü ərzində xidmətlər göstərilən 2 nəfər benefesiarın işi üzrə icra edilməyən alimentə dair məhkəmə qərarlarının icrası təmin edilmişdir. Ümumilikdə toplanmış 2870 manat aliment borclarının ödənilməsi təmin edilmişdir.
– Hesabat dövrü ərzində 4 benefesiarın işi üzrə alimentin miqdarının artırılmasına dair yeni məhkəmə qərarlarının alınması mümkün olmuşdur.
– Hesabat dövrü ərzində ümumilikdə 2 nəfər valideyinin öz uşaqları ilə ünsiyyətdə olması təmin edilmişdir.

– Hesabat dövrü ərizndə 1 benefesiar qadının boşanmadan sonra verilməyən cehizlərinin ona qaytarılmasına nail olunmuşdur.
– Hesabat dövrü ərzində 2 benefesiara ünvanlı sosial yarıdımın təyin olunmasına nail olunmuşdur.
– Hesabat dövrü ərizndə 1 benefesiar qadına boşanmadan sonra qaytarılmayan qızıl və ziynət əşyalarının qaytarılması, 1 benefesiar qadına isə qızıl ziynət aşyalarının dəyərinin ödənilməsi təmin edilmişdir.
– Hesabat dövrü ərzində 1 nəfər benefisiarın yaşadığı evdən qanunsuz olaraq çıxarılmasının qarşısı alınmış, onun həmin evə istifadə hüququnun məhkəmə qaydasında tanınmasına nail olunmuşdur.
– Hesabat dövrü ərizndə 3 azyaşlı uşağın dövlət qurumları tərəfindən müalicəsinə dəstəyin verilməsinə nail olunmuşdur.
– Hesabat dövrü ərizində 2 azyaşlı uşağın yenidən təhsilə cəlb edilməsinə nail olunmuşdur.
– Hesabat dövrü ərizndə 2 nəfərin işi üzrə dövlət qurumları tərəfindən nəzərə alınmayan stajın rəsmi qaydada bərpa edilməsinə nail olunmuşdur.
– Hesabat dövrü ərizndsə 1 nəfərin işi üzrə təyin edilmiş pensiyanın məbləğinin 130 manatdan 250 manata qədər artırılmasına nail olunmuşdur.
– Hesabat dövrü ərizndə barəsində qanunsuz qəbul edilmiş 3 nəfərin işi üzrə məhkəmə qərarlarının yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməsinə nail olunmuşdur. Bununla bu benefesiarların hüquqları tam bərpa edilmişdir.
– Hesabat dövrü ərzində 1 nəfərin pozulmuş əmək hüquqlarının bərpasına nail olunmuşdur.