Şirvan sakini boğaz nahiyəsindən bıçaqlanıb

156

Şirvan şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

SosialMedia.az-ın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 23:30 radələrində Şirvan
şəhərinin “Köhnə şəhər” adlanan ərazisində baş verib.

Həmyerlisi tərəfimdən bıçaqlanan Şirvan sakini, 1980-ci il təvəllüdlü Zeynalov Əziz Salman oğlu boyunun kəsilmiş-deşilmiş yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralının boyun nahiyəsinə tikiş qoyulub. Hadisəni törədən şəxs qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən araşdırma aparılır.