Azərbaycan Dövlət Himninin təqdim etmə mərasimi təşkil olunacaq-QHT DƏVƏT EDİR

381

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01.05.2019-cu il tarixindən “ Azərbaycan Respublikasının Dövlət Himninin işarət dilində hazırlanması və təqdimatı” layihəsnin icrasına başlanılıb. Layihədə 15 eşitmə məhdudiyyətli gənc iştirak edərək, Himni İşarət dilində ifa ediblər..

SosialMedia.az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq, Azərbaycanın Dövlət Himni İşarət dilində , Dövlət Dəstəyi ilə hazırlanır. Bu Prezidentimiz cənab İlham Əliyev və xanımı vitse-prezident Mehriban Əliyevanın əlilliyi olan şəxslərə diqqət və qayğısının daha bir nümunəsidir.

Əsərin təqdim etmə mərasimi 31.07.2019 cu il tarixində, saat 12.00 da Beynəlxalq Mətbuat Mərkəzində keciriləcək.