Mingəçevirdə bıçaqlanma olub

236

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

SosialMedia.az-ın Mingəçevir bürosunun məlumatına görə, hadisə bu gün banklardan birinin qarşısında baş verib. Belə ki, tanışı tərəfindən bayıra çağırılan bank əməkdaşı Həsənov Aydın Sədrəddin oğlu həmin şəxs tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı həmkarları tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.