“Sumqayıt” “Diyarbekirspor”a məğlub olub

251

“Sumqayıt” futbol klubu Türkiyədə növbəti yoxlama oyununu keçirəcək.

SosialMedia.az-ın məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi “Diyarbekirspor”la qarşılaşıb.

“Çam” Otelinin stadionunda baş tutan matç Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb. Ayxan Abbasovun yetirmələri 0:1 hesabı ilə uduzublar.

Qeyd edək ki, “Sumqayıt” daha öncə Rumıniyanın “Petrolul” klubu ilə 2:2 hesablı heç-heçə edib, Türkmənistanın “Ahal” komandasına 1:0 hesabı ilə qalib gəlib.