Sumqayıtda yolu keçən kişini maşın vuraraq öldürüb

145

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sahil küçəsində qeydə alınıb. Naməlum avtomobil yolu keçmək istəyən, 1966-cı il təvəllüdlü Cahangirov Əziz Sədrəddin oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.