Sumqayıt Dövlət Sosial Müdafiəsi Fondu ahılları təbrik etdi

541

Bu gün ölkəmizdə “Beynəlxalq” Ahıllar günü qeyd olunur.

SosialMedia.az xəbər verir ki, “Beynəlxalq Ahıllar” günü münasibətilə Dövlət Sosial Müdafiə Fondu Sumqayıt şəhər şöbəsinin müdiri Ceyhun Süleymanov,müdir müavini Zaur Rəsulov və sosial xidmət sektorunun müdiri Leyla Cəfərova birlikdə Sumqayıt şəhərində yaşayan tənha qocalara baş çəkiblər.

Fondun müdiri Ceyhun Süleymanov və əməkdaşları ahıllara evlərində baş çəkib, onların problemləri ilə maraqlanıb. Sonda Ahıllar günü münasibətilə Ahılları təbrik edən Ceyhun müəllim Ahıllar günü münasibəti ilə hər bir tənha ahıla bayram sovqatlarını təqdim edib.
Ahıllar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısından razı olduqlarını bildiriblər.