Bakıda qonaq getdiyi evin sahibini öldürən şəxsin məhkəməsi başlayır

118

Bakıda qətl törətməkdə təqsirləndirilən Çoşqun Babaşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

SosialMedia.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə iyunun 6-da Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini Rəşid Qasımov qonaq gələn tanışı Çoşqun Babaşov tərəfindən evində çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

C.Babaşov polis əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.