Taliban elektrik xətlərinin dayaq qülləsini partladıb, Kabil şəhəri işıqsız qalıb

159

Taliban radikal qruplaşmasının döyüşçüləri Əfqanıstanın şərqində yerləşən Pərvan vilayətinin elektrik xətlərinin dayaq qülləsini partladıb.

SosialMedia.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.

Xəbərə görə, nəticədə ölkənin paytaxtı Kabil şəhərində elektrik enerjisi kəsilib. Paytaxtda elektrik enerjisinin bərpası üzrə təmir işləri artıq başlayıb.