Bakıda sürücü maşınla vurduğu qadını qohumunun evinə aparıb, piyada orada ölüb

134

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, noyabrın 6-da saat 13 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elyanə Məmişovanı vurub.

Nəticədə N.Ağazadə xəsarət almış E.Məmişovanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb və təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova orada ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.