MÜKƏMMƏL İXTİRA: saat dərinizdə olacaq

142

Çinin Nankin Universitetinin mühəndisləri insanın əlinin arxa tərəfinə yapışdırılan nazik ekranlı epidermal saat hazırlayıblar. Saatın üzərindəki rəqəmlər hətta günəş işığında görünəcək qədər parlaqdır.

SosialMedia.az “ictnews”a istinadla xəbər verir ki, şəffaf saat dəriyə heç bir zərər vermədən işləyir.

Saat üçün baza işıq saçan mikrozərrəciklərdən ibarət olan elektrolüminessensiya qatından hazırlanıb.

Tədqiqatçılar ümid edirlər ki, gələcəkdə belə ekranlar yumşaq robot texnikasında və beyin-kompüter interfeyslərində tətbiq edilə bilər.