Ağdamda qadının bədbəxt hadisə nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

131

Ağdamda qadının bədbəxt hadisə nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

SosialMedia.az-ın məlumatına görə, Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü Şəfəq Puçaxovanı ötən gün Ağdam rayonu Alıbəyli kəndində yerləşən, Eldəniz Paşazadəyə məxsus fermada inəkləri sağarkən süd sağan cihazın elektrik keçirməsi nəticəsində cərəyan vuraraq öldürüb.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.