Azərbaycan gimnastı Dünya Yaş Qrupu Yarışının qalibi olub

193

Azərbaycan gimnastı Aleksey Karataşov batut gimnastikası üzrə Dünya Yaş Qrupu Yarışlarının çempionu olub.

SosialMedia.az saytının məlumatına görə, idmançı  Yaponiyanın paytaxtı Tokioda keçirilən turnirdə bütün rəqiblərini qabaqlayıb.

O, 11-12 yaşlı gimnastların mübarizəsində  31,500 xal toplayıb. İkinci yeri böyük britaniyalı Baili Forbes tutub – 31,300. Onun komanda yoldaşı Tristan Sinqeli (31,200).

Qeyd edək ki, daha öncə Maqsud Maqsudov və Hüseyn Abbasov gimnastların sinxron yarışında gümüş medal alıb.