Fəzail Ağamalının Salyan rayonunun Varlı I, Varlı II və Peyk kəndlərində növbəti görüşünü keçirdi

295

Deputatlığa namizəd Fəzail Ağamalının Salyan rayonunun Varlı I, Varlı II və Peyk kəndlərində növbəti görüşü keçirildi.

SosialMedia.az xəbər verir ki, çoxsaylı seçicilərin fəallığı ilə müşayət olunan görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları üzərində dayandılar.

Fəzail Ağamalı dövlətçiliyimizin keçdiyi yolun çətinliklərindən, 1990-cı illərin əvvəllərində düşdüyümüz fəlakətli vəziyyətdən, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri üzərində dayandı. Həmin çətin anlarda bütün xalqımızla bərabər Ümummilli Liderimizin yaninda olmaqdan şərəf duydugunu, dövlətimizin gücünü, beynəlxalq nüfuzunu konkret faktlarla önə çəkdi. Ölkə prezidenti Cənab İlham Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısındakı müstəsna xidmətləri üzərində dayandı.

Görüşdə seçicilər Fəzail Ağamalının son dörd ildə deputatlıq fəaliyyətini yüksək qiymətləndirib, qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini yüksək əhval-ruhiyyə ilə ifadə etdilər. Dövlətçiliyimiz və xalqımıza xidmət yolunda ona uğurlar arzuladılar.

Secicilərlə görüşdən sonra Fəzail Ağamalı torğaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəhid Salahov İntiqamın atası Salahov İsrafil və şəhid Maarif Zeynalabdinovun anası Sürəyya xanımı ziyarət etdi.