Sumqayıtda əlilliyi olan şəxslər və gənclər üçün təlim keçirildi

2208

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin təşkilatçılığı ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə yardım İctimai Birliyinin əməkdaşlığı ilə əlilliyi olan şəxslər və könüllü gənclər arasında “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Suqmayıt şəhər Gənclər evində məişət zorakılığı ilə bağlı təlim təşkil edildi.

Sosialmedia.az xəbər verir ki, təlimi giriş sözü ilə “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri Səbinə Kərimova açaraq, əlillliyi olan şəxslər və könüllü gənclər arasında məişət zoraılığı ilə bağlı maarifləndirici təlimin təşkilinin əsas məqsədindən danışdı və bildirdi ki, bu təlim “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunur.

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva ailə daxili zorakılığın yaranması və səbəbləri barədə danışaraq, gənclərin və əlilliyi olan şəxəslərin bu barədə məlumatlanmasının olduqca önəmli olduğunu vurğüladı.
Sonra Vəkillər Kolegiyasının üzvü,Sumqayıt Regional Vəkillər Bürosunun üzvü Ruslan Mustafazadə Məişət zorakılığı haqqında Qanun, zorakılıqdan müdafiə üçün mövcud olan alətlər, cavab mexanizmləri və digər qanunlar barədə ətraflı çıxış etdi.
Ekspert Günel Ələkbərova Məişət zorakılığı nədir? Gender zorakılığı və uşaqlara qarşı zorakılıq, zorakılığı yaradan səbəblər və qarşısının alınması barədə iştirakçılara geniş məlumat verdi.
Təlim müzakirələrlə yekunlaşdı.
Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək!