Təhsil müəssisələrində koronavirusa qarşı sanitariya maarifləndirmə işləri həyata keçiriləcək

114

Koronavirusa qarşı mübarizə məqsədilə təhsil müəssisələrində hansı tədbirlərin həyata keçiriləcəyi açıqlanıb.

Təhsil Nazirliyindən SosialMedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq dövlət qurumları ilə birlikdə əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə bütün təhsil müəssisələrində sanitariya maarifləndirmə işləri həyata keçiriləcək.