Dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərəcək

232

Azərbaycanda dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərəcək.

SosialMedia.azın məlumatına görə, bu, bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.