“Fövqəladə vəziyyətlərdə ne etməli? “ mövzusunda açıq dərs keçirilib-Özəl

220

Sosialmedia.az xəbər verir ki, bu gün 83 saylı məktəb liseyin 3 “D” sinifində şağirdlər üçün “Fövqəladə vəziyyətlərdə ne etməli? “ mövzusunda açıq dərs keçirilib. Məktəbimizin ibtidai sinif müəllimi Yazgül Quluyeva öz şagirdləri ilə fövqəladə vəziyyət baş verəndə nə etmək lazımdır mövzusunda geniş müzakirə aparıb. Şagidrlər mövzu haqqında ətraflı bilgi alaraq, yanğın, zəlzələ, qəza zamanı təcili zəng etməli olduqları qurumların nömrələri, ilkin yardımın göstərilməsi, fövqəladə vəziyyət zamanı nə etməli olduqları barədə fikirlərini bölüşüblər.

Sonra şağirdlərin iştirakı ilə fövqəladə vəziyyətlərdən çıxışla bağlı səhnəciklər nümayiş olunub. . Hər bir şagird təhlükəsizlik qaydalarını, hadisə baş verərsə hara müraciət etmək lazım olduğunu bir daha öyrəniblər. Dərsin sonunda şagirdlər fövqəladə vəziyyətdə necə davranmalı olduqlarını nümayiş etdiriblər.