Sumqayıtda “VAZ 2110” markalı avtomobil yoldan çıxaraq aşıb

136

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SosialMedia.azın yerli bürosunun məlumatına görə, qəza şəhərin Hacı Zeynalabdin qəsəbəsindən keçən avtomobil yolunda qeydə alınıb.

Belə ki, “VAZ 2110” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü 1963-cü il təvəllüdlü Pərviz Rüstəmov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.