Sabaha olan hava proqnozu açıqlanıb

196

Mayın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SosialMedia.aza verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 18-22° isti, Bakıda gecə 10-12° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq. 

Tibbi-meteoroloji proqnoz

Mayın 1-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin  gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz  21-26° isti, dağlarda gecə 2-6° isti, gündüz  8-13° isti olacaq.