Sabahın hava proqnozu açıqlanıb

193

Mayın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən SosialMedia.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı,  gecəyə doğru isə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 16-19° isti, gündüz  21-26° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti olacaq.

Atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. 

Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq. 

Tibbi-meteoroloji proqnoz:

Mayın 6-da Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər  meteohəssas insanlar üçün əsasən, əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağətətyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.