Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində fəaliyyətlərini bərpa edib. Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) SosialMedia.az-a verilən məlumata görə, sahibkarların ofislərə müraciəti zamanı “KOB könüllüləri” Nazirlər Kabineti yanında Operativ Qərargahın təqdim etdiyi zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl olunmasına nəzarət edirlər.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən KOB dostları isə sahibkarlara göstərilən dəstək və xidmətləri onlayn formada davam etdirirlər.