“Formula-1”in Azərbaycanda sentyabrda keçiriləcəyi xəbərinə RƏSMİ MÜNASİBƏT

204

Bakı Şəhər Halqası xarici mətbuatda “Formula-1” yarışının dərc olunmuş yeni təqviminə münasibət bildirib.

Sosialmedia.az bildirir ki, Oxu.Az-a açıqlama verən Bakı Şəhər Halqasının İctimaiyyətlə Əlaqələr Departamentinin meneceri Gülnaz Quliyevanın sözlərinə görə, sentyabrın 20-də Bakıda “Formula 1” yarışının keçirilməsi hələ dəqiqləşməyib:

“Bu, rəsmi məlumat deyil. Ümumiyyətlə, Bakıda “Formula 1”in keçirilməsi yalnız Nazirlər Kabineti yanında operativ qərargahın qərarından sonra təsdiq oluna bilər. Çünki bunun üçün ilk növbədə sərhədlər açılmalıdır”