İdxal olunan pendir məhsulunda uyğunsuzluq aşkarlanıb-Özəl

689

Sosialmedia. az xəbər verir ki, AQTA əməkdaşları tərəfindən “Z.N.Y” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Kaanlar Gida San. və Tic. A.Ş.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 720 kq “Kaanlar” əmtəə nişanlı mozarella pendiri məhsulu partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasında “E.coli” aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.