Rusiya korona ilə bağlı bu məlumatları oğurlayıb

156

Rusiya ilə əlaqəli hakerlər ABŞ, Kanada və Böyük Britaniyada koronavirus peyvəndi ilə bağlı aparılan araşdırma məlumatlarını ələ keçirib.

Sosialmedia.az xəbər verir ki, bu barədə Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Rusiya kəşfiyyatı daxilində yerləşən “Cozy Bear” və “Dukes” adlı qruplar peyvəndlə bağlı iş aparan müxtəlif qurumlara kiberhücumlar təşkil edib.

Hakerlər həmin qurumların kompüterlərinə daxil ola bilmək üçün “VellMess” və “VellMeyl” adlı tətbiqlərdən istifadə edib.

Mərkəzin məlumatına görə, oğurlanan informasiyalar hələlik heç bir önəm daşımasa da, gələcəkdə ehtiyac yarancağı təqdirdə istifadə edilə bilər.