Gecə saatlarında pilotsuz uçuş aparatları Rusiyanın altı regionuna hücum edib-Özəl

761

Sosialmedia. az xəbər verir ki, gecə saatlarında pilotsuz uçuş aparatları Rusiyanın altı regionuna hücum edib – Oryol, Rostov, Smolensk, Bryansk, Kursk vilayətlərində və Krasnodar diyarında partlayış səsləri eşidilib. Yerli qubernator bildirib ki, Oryol vilayətində enerji infrastrukturu obyektləri zədələnib.

Rusiyanın Teleqram kanalları bildirirlər ki, partlayış səsləri Krasnodar diyarındakı Afipski neft emalı zavodu yaxınlığında da eşidilib, lakin zavodun zədələnib-zərər çəkmədiyi məlum deyil. Rusiya Müdafiə Nazirliyi Rusiya səmasında ümumilikdə 12 pilotsuz təyyarənin məhv edildiyini bildirib.