İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi ilk televiziya müzakirəsini keçirdi

196

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin həyata keçirdiyi “Qlobal şəbəkələrdən informasiya təzyiqinə qarşı effektiv mübarizə üsulları” adlı layihə çərçivəsində ilk televiziya müzakirəsi keçirilib.

Sosialmedia.az xəbər verir ki, “Sosial şəbəkələrdə yayılan məlumatların doğruluq payının yoxlanılmasının zəruriliyi” mövzusunda keçirilən müzakirədə layihənin moderatoru Vilayət Muxtar, ekspertlər Elman Cəfərli və Şaban Nəsirov iştirak edib.