BŞBPİ: İmtahan keçirilən ünvanlarda təhlükəsizliyin təmin olunması üçün bütün zəruri tədbirlər icra olunur

110

Paytaxtda növbəti buraxılış (qəbul) imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilir.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən SosialMedia.aza verilən məlumata görə, iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə tərəfimizdən nəzarət olunur.

İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparır.

Bu məqsədilə ictimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər icra olunur.