“Hizbullah” lideri Beyrut partlayışı ilə heç bir əlaqələrinin olmadığını bildirib

114

“Hizbullah” lideri Həsən Nəsrullah rəhbərlik etdiyi təşkilatın Beyrut dəniz limanında baş vermiş partlayışla heç bir əlaqələrinin olmadığını bildirib.

SosialMedia.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Jazeera” məlumat yayıb.

Şiə qruplaşmasının rəhbəri sözügedən limanın ərazisindəki anbarda onlara məxsus heç bir silah-sursat və ya maddi sübut olmayıb.

O, partlayışı törədənlərin harada olduqlarından asılı olmayaraq, aşkar edilib cəzalandırılacağına ümid etdiyini söyləyib.