Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

136

Sumqayıt şəhərinin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində boğulma hadisəsi qeydə alınıb.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, avqustun 7-də, təxminən, saat 21:50-də 1987-ci il təvəllüdlü Əhmədova Şəhanə Sərzalı qızı  dənizdə boğulma təhlükəsilə üzləşib. O, sudan çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Onun 4 aylıq hamilə olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.