Ucuzlaşan mənzil bazarı: Nə qədər davam edəcək? – AÇIQLAMA

103

“Son bir neçə aydır mənzil satışında, eləcə də kirayə mənzil bazarında qiymətlər azalmaqda davam edir”.

Bu sözləri SosialMedia.az -a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib. O bildirib ki, buna səbəb pandemiyadır:

“İyul ayında kirayə mənzil bazarında qiymətlər 3.03 faiz azalıb. Hazırda avqust ayı üzrə tərəfimizdən müvafiq məlumatların toplanılmasına davam edilir”.

N.İbrahimov qeyd edib ki, koronavirus infeksiyası səbəbilə bütün mənzillər üzrə qiymətlər ucuzlaşıb:

“Belə ki, qiymətlər bahalı mənzillərdə 8.53, orta mənzillərdə 4.12, daha çox tələbələr üçün nəzərdə tutulan ucuz mənzillərdə isə 10.41 faiz aşağı düşüb.

Pandemiya ilə əlaqədar qeyri-müəyyənlik davam etdiyi üçün qiymətlərlə bağlı düzgün proqnoz vermək çətin olsa da, növbəti aylarda da həm mənzil satışında, həm də kirayə mənzil bazarında qiymətlərin azalacağı gözlənilir”.