Tox qarına Tofiq Yaqublunun ac qalmasını arzu edənlərin məyusluğu

310
Bildiyimiz kimi Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı məhkəmə iclası keçirilib və Tofiq Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Bu qərar dövlətin humanist siyasətinin təzahürüdür.  Hər birmiz çox gözəl bilirik ki, Tofiq Yaqublu ilə bağlı 5-ci kolonun öz məkirli planları var idi. Həmin şəxslər üçün Tofiq Yaqublunun sağlamlığı deyil, sadəcə olaraq Tofiq Yaqubludan necə istifadə edə bilərik məsələsi önəmli idi. Onlar bütün çağrışlarında Tofiq Yaqublunu aclıq aksiyasını davam etdirməyə səsləyir və bir növ süni sürətdə vəziyyəti çətinləşdirməyə çalışırdırlar.  Hər bir siyasətçi və ya jurnalist də bir insandır. Lakin müxalifət nümayəndələri insanlıq naminə belə, Tofiq Yaqublunu öz sağlamlığını qorumağa çağırmadılar. Çünki məqsəd Tofiq Yaqublunun sağlamlının və həyatının itirməsi naminə olsa da, öz çirkin niyyətlərinə çatmaq idi.  Əsl ziyalılar, ictimaiyyət nümayəndələri dövlətin və vətənin sevən hər bir şəxs T.Yaqublu barədə verilmiş hökmün dəyişdirilməsi ilə bağlı müraciət ediblər. Bu müraciətdə Tofiq Yaqublunun hansı formada günahlı olması deyil, onun bir vətəndaş olaraq, Qarabağ qazisi olaraq sağlamlığını qorumağa cəhd idi. Müşahidələr də onu göstərir ki, bu müraciətləri müxalifət nümayəndələri etmədilər. Onlar əksinə aclıq aksiyasının uzadılmasına maraqlı idilər.
Xüsusən vurğulmaq lazımdır ki, Tofiq Yaqublu təcridxanada olduğu dövrdə qanunvericiliyə uyğun olaraq ona ən yüksək səviyyədə münasibət bəslənilib.
Beləki, Tofiq Yaqublu maddi-məişət şəraiti ilə təmin olunub və heç bir hüququ məhdudlaşdırılmayıb,  ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb.
Həmçinin Tofiq bəy İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb.
Dövlət tərəfindən bundan öncə də ona humanist münasibət sərgilənmişdir.
Belə ki, Tofiq bəyin səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib. Bu müddətdə başqa bir humanizm nümunəsi olaraq, ailə üzvlərinin xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb. Nəhəyət dövlət tərəfindən daha bir humanizm nümunəsi olaraq, Tofiq Yaqublunun sağlıq durumunda problem yaranmaması üçün önun özünün və həkimi Adil Qeybullanın təklifi ilə “City Hospital”da müalicəsi davam etdirilib.
Bu sadalanan addımlar dövlət tərəfindən, bir vətəndaşının sağlamlığı üçün atılan addımdır. Bəs bu müddətdə müxalifət nə edib?
Müxalifət nümayəndləri tox qarına, Tofiq Yaqublunun ac qalması üçün israr etməklə öz işlərini bitmiş saydılar. Fikrimcə həmin şəxslərin cavabını müxalifətçi olan, lakin ilk növbədə həkim və insan olan T.Yaqublunun həkimi Adil Qeybulla verib:  “Bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq aydın hiss olunur”.
Dövlətin, hökümətin vətəndaşına humanist addımı ən ali münasibətdir.
Kiminsə bu addımı, konkret olaraq radikal müxalifətin və xaricdəki 5-ci kolonun bu qərarı “qələbə” kimi yozması əxlaqa sığmayan addımdır.
Dövlət lazım gəldikdə öz vətəndaşı üçün hər addımı ata bilər və atmalıdır. Bu dövlətin böyüklüyünün göstəricisidir.
Təəsüfləndirici məqamlardan biri də  Tofiq Yaqublunun qızı Nigar Həzinin də atasının sağlıq durumu ilə deyil, daha çox kimlərinsə  “parlaq” siyasi karyera təmin etmək niyyətinə xidmət etməsidir. T.Yaqublu ilə bağlı qəbul olunmuş humanist qərar heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir. Azərbaycan höküməti nəinki,  100-200 üzvü olan partiyanın, hətta milyon dollarlıq büdcəsi ilə Azərbaycana qarşı mübarizə aparan Beynəlxalq Təşkilatların  cavablarını layiqli formada verməyə qadirdir. Tofiq bəyə ölkə vətəndaşı olaraq, can sağlığı arzulayır və tezliklə sağlamlığını bərpa etməsini diləyirəm.
Cəsarət Hüseynzadə
“QHT.az” saytının rəhbəri,
 İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri