“Pandemiya dövründə Milli Qəhrəman ailələrinə və digər həssas sosial qruplara dəstək” layihəsi yekunlaşdı

195

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi Şurasinin yardımı ilə “Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi” ictimai birliyi” COVİD 19 Koronavirus Pandemiya ilə əlaqədar tətbiq olunmuş karantin dövründə “Pandemiya dövründə Milli Qəhrəman ailələrinə və digər həssas sosial qruplara dəstək “ layihəsini həyata keçirdi.

Bu barədə Sosialmedia.az-a “Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi” ictimai birliyinin sədri Qalibə Budaqovanın sözlərinə görə layihə vasitəsilə Milli Qəhrəman, şəhid və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib. Pandemiyayla bağlı təbligat işləri aparılıb. Hər kəsin həm özünün həm də digər insanların həyatını qoruması üçün sosial məsuliyyətini dərk edərək qaydalara əməl olunması xüsusi vurğulanıb.

Xatırladaq ki, layihə 2 ay müddətinə Bakı şəhərində icra olunub.