Pakistan XİN hərbçilərinin Ermənistana qarşı döyüşməsi ilə bağlı iddialara münasibət bildirib

227

Pakistan Xarici İşlər Nazirliyi (XİN) Pakistan hərbçilərinin Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə Ermənistana qarşı döyüşdüyünü iddia edən mətbuat orqanının yaydığı xəbərə münasibət bildirib.

SosialMedia.az-ın xəbərinə görə, Pakistan XİN-in sözçüsü həmin məlumatı spekulyativ və əsassız adlandıraraq təkzib edib.

O qeyd edib ki, bu cür xəbərləri yaymaq məsuliyyətsizlikdir.