Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

236

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sosialmedia.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində VAZ markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasediciləri 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.