Erməni nazir buna görə ələ salındı

235

Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Zaruhi Batoyan ötən gün paylaşdığı Feysbuk statusuna görə ələ salınıb.

Sosialmedia.az erməni mediasına istinadla xəbər verir ki, erməni nazir “qələbəyə inanmaq üçün durmadan vətənpərvərlik mahnıları oxuyaq” postunu İrəvanda və işğal altındakı Azərbaycan ərazilərində yaşayan ermənilər ironiya ilə qarşılayıb. Sosial şəbəkə istifadəçiləri nazirin Feysbuk statusunu paylaşaraq, “əbləh”, “bu nə danışır?”, “Paşinyanın başdanxarab naziri” kimi yüzlərlə şərhlər veriblər.

Onu “klaviatura qəhrəmanı” adlandıranlar da olub.

Jurnalist və bloger Ani Saakyan isə yazıb:

“Bako, bu müharibədir, inqilab deyil ki, mahnı ilə qalib gələsən. İnqilab eyforiyasından çıxın. İndi bizə yaxşı silahlar və döyüşə bilən ordu lazımdır, mahnı yox”.