Türkiyə MN: Azərbaycanın yanında olmağa davam edəcəyik

178

Qarabağda qazandığı zəfərdən sonra əldə edilən üçtərəfli razılaşmadan sonra qəhrəman Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub.

SosialMedia.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

“Azərbaycan 30 il sonra işğal edilmiş torpaqlarına qovuşur. Qarşıdakı dövrdə can Azərbaycanın yanında olmağa davam edəcəyik”, – deyə qeyd olunub.