Şuranın dəstəyi ilə Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi mövzusunda onlayn təlim keçirilib

149

Sosialmedia.az bildirir ki, “Vətənpərvər Maarifçi Gənclər” İctimai Biriliyi “Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi istiqamətində onlayn təlimlərin təşkili” adlı layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirmişdir.

Layihənin məqsədi gənclərin diaspora fəaliyyətinə cəlb edilməsi və diaspora işlərində gənclərin könüllülük fəaliyyətinin təmin edilməsi və dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.

İki ay müddətində icra olunan layihə 5 təlim iki növbə üzrə nəzərdə tutulmuşdur.
“Diaspora könüllülərinin Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiətə çatdırılmasında rolu” mövzusunda keçirilən növbəti təlimi Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Vəfa Hüseynova həyata keçirmişdir.

Vəfa Hüseynova mövzu ilə bağlı məlumat verərək qeyd etdi ki, gəncləri sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin təbliği, vətənpərvərliklə bağlı paylaşımlarda fəal iştirak edirlər. Son günlərdə işğalçı Ermənistan dövləti tərəfindən Gəncə istiqamətində baş verən hadisələr isə Azərbaycan gənclərinin milli-mənəvi ruhda yetişdiyini göstərdi.
Gənc nəcil bir daha sübut etdi ki, onlar öz Prezidentlərinin-cənab İlham Əliyevin ətrafında sıx birləşib və işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazır olduqlarını Gənclərimizin nümayiş etdirdikləri vətənpərvərlik nümunələri tədqirəlayiqdir və bu da gənclərimizin monolitliyinin, Ali Baş Komandanın ətrafında sıx birləşməsinin, mübarizliyinin və vətənpərvərliyinin təsdiqidir.

Təlim çərçivəsində “Diaspora könüllülərinin Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiətə çatdırılmasında rolu” mövzusu geniş müzakirə edilərək, iştirakçıların maraqlı sual-cavabları ilə yekunlaşdırıldı.

Sonda təlimin təşkilində yaxından iştirak edən Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.