Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin edildi

162

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, bu vəzifə Pərvanə İmanovaya həvalə edilib.

O, indiyə qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş redaktorunun müavini olub və yeni vəzifəsində Tural Müseyibovu əvəz edib.