Samux rayonunda əlilliyi olan uşaqlara sosial reabilitasiya xidmətləri göstəriləcək

366

İstedadlı Əlillər İctimai Birliyinin layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmətlər sifarişləri əsasında 2020 -ci il üzrə elan etdiyi “Sağlamlıq İmkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi” (Samux rayonu üzrə) adlı müsabiqədə qalib olmuşdur. Layihənin müddəti 12.11.2020 -12.01.2021 tarixədək davam edəcək. Bu barədə Sosialmedia.az-a İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidmətindən bildirilib. Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan 100 nəfər sağlamlıq imkanları məhdud uşağa səyyar formada sosial reabilitasiya xidmətlərinin göstərilməsi, onların cəmiyyətə inteqrasiya sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirmək üçün evlərə səfərlərin edilməsi və sosial reabilitasiya xidmətləri göstərməkdən ibarətdir. Layiə çərçivəsində 0-18 yaşlarda sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi üzrə kompleks sosial xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Səyyari sosial reabilitasiya xidmətləri üzrə:
• Sosial iş;
• Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya);
• Sosial-psixoloji dəstək;
• Sosiallaşma və ünsiyyət;
• Koqnitiv bacarıqlar və təhsil;
• Nitq problemləri;
• Hərəkət problemləri (fiziki inkişaf).xidmətləri göstərilir.