Başçının müavinləri işdən azad edildi

179

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavinləri Rafiq Şəfiyev və Vəfa Abbasova vəzifədən çoxdan azad edilib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Gəncə şəhər İcra Hakimiyyətindən bildirilib.

Adı çəkilən müavinlərin 3 aya yaxındır ki, işdən çıxarıldığı və onların yerinə hələlik təyinat olmadığı qeyd edilib:

“İcra başçısının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafiq Şəfiyev yaşı ilə əlaqədar təqaüdə göndərilib. Başçının digər müavini – İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova isə öz ərizəsi ilə işdən azad edilib. O, hazırda 6 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışır”.