Abşeron İcra hakimyyəti yanında ictimai şura QHT-lərlə onlayn görüş təşkil etdi

282

Sosialmedia.az xəbər verir ki, Abşeron rayon İcra Hakimiyyətininin başçısı İradə xanım Gülməmmədovanın ictimaiyyətlə və digər təşkilatlarla əlaqələrin qurulması, Abşeron ərazisində fəaliyyət göstərən, və digər QHT-lər ilə İctimai Şuranın arasında əlaqələrin yaradılması ilə bağlı tövsiyələrinə əsasən Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Elçin Quliyev Qeyri Hökümət təşkilatlarının rəhbərləri ilə onlayn görüş keçirdi.

İctimai Şuranın katibi Fatimə Hacıbəylinin də iştirakıyla keçirilən görüşdə “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova, “Gələcəyə Baxış Avropaya İnteqrasiya” İctimai Birliyinin sədri Bəsti Nəsibova, “İstedadlı Əlillər” İctimai Birliyinin Abşeron rayon filialının sərdi Qubad Qasımov, “Sevinc” Tənha Analara Dəstək İctimai Birliyinin sədri Pərvin Babayeva, “Dünya Azərbaycanlı Qadınlarının Həmrəyliyi” İctimai Birliyinin sədri Svetlana Osmanli, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova iştirak etdi.

İctimai Şuranın sədri ilk olaraq ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda canını fəda edən bütün şəhidlərimizi yad edib və onlara Allahdan rəhmət diləyib. Bildirdi ki, “Biz bu il həsrətində olduğumuz dədə-baba torpaqlarımıza Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və müzəffər ordumuzun rəşadəti nəticəsində yenidən qovuşduq və bu il bizim üçün xüsusi əlamətdar bir il olaraq yadda qaldı. Qazanılan şanlı qələbə münasibətiylə hər birinizi təbrik etdirəm”. İctimai Şuranın sədri həmçinin qeyd etdi ki, yaşadığımız 44 günlük müharibə dövründə də müəyyən QHT-lər istər cəbhə bölgəsində istərsə də arxa cəhbədə insanlara öz maddi mənəvi dəstəklərini göstərdilər. Və QHT-lərin bu sahədə fəaliyyəti dövlət tərəfindən də müsbət qiymətləndirilir.

Daha sonra QHT rəhbərləri öz fəaliyyətləri haqqında məlumat verdilər və fəaliyyət göstərdikləri sahə ilə bağlı fikir və təkliflərini səsləndirdilər.
Yekunda İctimai Şuranın sədri görüşdə iştirak edən və müxtəlif təkliflər səsləndirən QHT rəhbərlərinə təşəkkür etdi və onların fikir və təkliflərinin diqqətlə araşdırılacağını və imkan daxilində nəzərə alınacağını bildirdi. QHT rəhbərləri Abşeron rayon İcra başçısı İradə xanım Gülməmmədovaya və İctimai Şuranın sədrinə öz təşəkkürlərini bildirdilər.