Nikol hakimiyyətə gələndən dövlət idarəsi yoxdur – Mesropyan

147

Paşinyan hakimiyyətə gəldiyi andan etibarən ölkədə idarəetmə sferasında heç bir müsbət dəyişiklik baş verməyib.

Sosialmedia.az xəbər verir ki, bunu Ermənistan İctimai Şurasının keçmiş üzvü, ekspert Arutyun Mesropyan deyib.

“Onun hakimiyyəti dönəmində heç bir dövlət idarəetməsi olmayıb. Əgər idarəetmə yoxdursa, idarəetmə problemi də yoxdur”, – deyə o bildirib.