MTRŞ-nın üzvü koronadan vəfat etdi

180

Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Mübariz Elyazov vəfat edib.

Sosialmedia.az bildirir ki, MTRŞ-dan Axar.az-a verilən məlumata görə, Elyazov Mübariz Elyaz oğlu COVİD-19 koronavirus infeksiyasından 20 gündən çox müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

“Həkimlərin bütün səylərinə, aparılan müalicələrə, uzun zaman süni tənəffüs aparatına qoşulmasına baxmayaraq MTRŞ üzvü dünyasını dəyişib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, M.Elyazov 1967-ildə Qərbi Azərbaycanın (hazırki Ermənistan Respublikası) Vardenis rayonunda anadan olub.

O, 2003-ci ildən MTRŞ-nin üzvü olub.