Zığ-Hava limanı yolunda zəncirvari qəza

204

Bu gün səhər saatlarında paytaxtın Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.

“Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik”, – deyə qurum bəyan edib.