Bakının razılığı olmadan Qarabağa gəlmək?.. – Arkov

216

Müxtəlif nümayəndə heyətlərinin və siyasətçilərin Qarabağa səfəri ayrı bir məqamdır.

Sosialmedia.az xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov öz Teleqram hesabında yazıb.

“Bu yaxınlarda erməni mediası bir qrup avropalı deputatın səfərini elan edib. Əlbəttə ki, rəsmi Bakı bu cür hərəkətlərə mütləq cavab verməli, etiraz notaları göndərməlidir. Xatırlatmaq istəyirəm ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və Bakı kimin orada olub-olmayacağına qərar vermək hüququna malikdir”, – Arkov qeyd edib.

Politoloqun fikrincə, Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqələri yalnız dinc vətəndaşları buraxmalıdır. Buna rus sülhməramlıları ilə birlikdə Azərbaycanın müvafiq orqanlarının nümayəndələri də nəzarət edə bilərdi:

“Rəsmi Bakı ilə razılaşdırılmadan regiona səfər etmək hüququna malik olan mütəxəssislərin (strukturların) siyahısı işlənməlidir. Digərləri nəzərdə tutulan səfərlərinin məqsədi barədə Bakını əvvəlcədən məlumatlandırmalı və bunun üçün xüsusi icazə almalıdır. Buraya Ermənistanın Qarabağ ərazisində daimi yaşamayan rəsmi və ictimai xadimləri, habelə üçüncü ölkələrin vətəndaşları da daxildir”.